• USD 1,7000 0,00% EUR 1,8818 0,00%
    • GBP 2,0992 0,00% RUB 0,0263 0,00%

Bakıda çoxmərtəbəli binadakı yanğın söndürüldü - VİDEO (YENİLƏNDİ)

  • Sosial
  • 20 Avqust 2019 13:41
  • 1 448 Baxış
Bakıda çoxmərtəbəli binadakı yanğın söndürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb

Publika.az-a daxil olan məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasında şaxta boyunca elektrik naqilləri 30 p.m yanıb. Y

anğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və elektrik sayğacları yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. ​

***

12:00

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələri arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR