Sosial
Bakıda 19 yerdə məktəb yarmarkaları açılıb - ÜNVANLAR
Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.
Publika.az Bakı şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, yaramarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib. Yarmarka çadırları Bakı metropolitenin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb.
Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar təklif olunur.
Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etməkdir.
Yarmarkalar sentyabr ayının sonuna kimi davam edəcəkdir.
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO