“Azərişıq” Qərb Regionunda qabaqlayıcı tədbirlər görür
Bizi izləyin

Sosial

“Azərişıq” Qərb Regionunda qabaqlayıcı tədbirlər görür

Hazırda ölkəmizin Qərb Regionunda müşahidə olunan güclü küləyin fəsadlar yaratmaması üçün "Azərişıq" ASC-nin əməkdaşları qabaqlayıcı tədbirlər görür.

Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

T. Mustafayevin sözlərinə görə, hazırda bir neçə rayon ərazisində əlavə avadanlıqlar hazır vəziyyətə gətirilib:

"Güclü küləyin 0,4kVt-luq şəbəkələrdə fəsadlar yarada biləcəyini nəzərə alaraq əməkdaşlarımız qabaqlayıcı tədbirlər görür. Bundan əlavə Qərb regionunda olan Daşkəsən, Göygöl və digər rayonlarda əlavə mal-material hazırlığı görülüb.

Bundan əlavə hazırda Şimal regionunda da külək müşahidə edilir. Baş verə biləcək kəsintilərin qarşısını almaq üçün "Azərişıq" əməkdaşları operativ şəkildə lazımi tədbirlər görür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm