Sosial
Şəmkir SES təmir olunur
"Azərenerji” ASC “Şəmkir” SES-də təmir-bərpa işləri həyata keçirir.
ASC-dən Publika.az-a verilən məlumata görə, ötən ilin payızından başlayaraq “Reabilitasiya Proqramı” çərçivəsində bu stansiyanın hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqat üçün sifariş əsasında gətirilən ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla itirilmiş güc bərpa olunub, dayanıqlıq və etibarlıq artırılıb.
“Hazırda əsas diqqət “Şəmkir” SES-in su tullayıcı qurğusuna yönəlib. Çünki 1983-cü ildə stansiya istismara veriləndən sonra su tullayıcı qurğuda heç bir təmir işləri aparılmayıb. Ona görə də bu qurğunun döşəməsində, tavanında, orta aşrımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəlib. Qurğuda su sızmalarının qarşısını almaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanır və yaxın vaxtlarda əsaslı təmir işlərinə başlanacaq”, - deyə məlumatda bildirilir.
Eyni zamanda planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorların təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SCADA dispetçer idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü