Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılır
Bizi izləyin

Sosial

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti nazirliyin Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə sentyabrın 5-də Xaçmaz rayonunun İstisu qəsəbəsində maarifləndirmə tədbiri keçirib.

FHN-dən Publika.az-a bildiriblər ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə bu tip gəmilərin istifadəçilərinə təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndiriliblər.

Sonda iştirakçılara kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm