İşlənmiş, çirkli uşaq bezləri alınır - "Sirli biznes"
Bizi izləyin

Sosial

İşlənmiş, çirkli uşaq bezləri alınır - "Sirli biznes"

Artıq bir neçə gündür sosial şəbəkələrdə və qadın qruplarında "İşlənmiş uşaq bezlərinin alışı" adı altında elanlar paylaşılır. Elan sahibləri xanımlara istifadə etdikləri, bulaşmış bezləri atmamağı, toplamağı, müəyyən qədər yığıldıqdan sonra onlara satmalarını təklif edirlər.

Xəzər TV-nin məlumatına görə, bir bez üçün 3 qəpik təklif edən naməlum "biznes" nümayəndələri bildirir ki, belə bezləri hətta vətəndaşın yaşadığı yerdə və ya yaxın ərazidə görüşərək qəbul edir və yerindəcə pulunu ödəyirlər.

Hələ ki, işlənmiş bezlərin hansı məqsədlə alındığı bəlli deyil. Bəzi vətəndaşlar isə bunun yenidən emal üçün alındığını düşünür.

Bu sualların cavabını tapmaq üçün elan sahibləri ilə İnstaqram üzərindən əlaqə saxlamağa çalışdırq. Əsas sualımız əlbəttə ki, cavabsız qaldı. Bildirildi ki, ''sirli bizness'' haqda video-çarx da hazırlanır. Yaxın vaxtlarda təqdim ediləcək. Mesajımıza cavab olaraq o da bildirildi ki, 3 qəpiyə alınan kirli bezlərin qiyməri yaxın vaxtlarda 5 qəpiyə qalxacaq.

Sözügedən elanın İnstaqram səhifəsinə baxarkən məlum olur ki, əksər insanlar bu biznesin məqsədi ilə maraqlanırlar. Ancaq onların hamısına eyni cavab verilir: ''Şəxsiyə yazın, sizə ətraflı məlumat verək''.

Şəxsiyə yazdıqda isə sadəcə alış qiyməti barədə məlumat verilir.

Ekspertlər isə işlənmiş uşaq bezlərinin təkrar emal məqsədi ilə alınmasını istisna etmirlər. Lakin bildirirlər ki, uşaq bezlərinin təkrar emal edilərək satışa çıxarılması olduqca təhlükəlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm