Bakının bu rayonlarında təbii qaz təchizatı dayandırılacaq
Bizi izləyin

Sosial

Bakının bu rayonlarında təbii qaz təchizatı dayandırılacaq

Zığ şosesində, “Zığ” marketin yaxınlığında diametri 530 millimetr olan yüksək təzyiqli yeraltı qaz kəmərində qaz sızması aşkarlanıb.

“Azəriqaz” İstehsalat Birliyindən Publika.az-a bildirilib ki, bu sızmanın ləğvi məqsədilə saat 23:00-dan Suraxanı rayonunun Zığ kəndi və Xətai rayonunun Naximov, İnqilab İsmayılov, Mehmandarov və digər bir neçə küçəsində qaz təchizatı dayandırılacaq.

Qazın verilişinin bərpası sentyabrın 10-da 11:00 radələrinə planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm