• USD 1,7000 0,00% EUR 1,8688 0,00%
    • GBP 2,1900 0,00% RUB 0,0255 0,00%

Tanınmış jurnalistə VƏZİFƏ VERİLDİ

  • Sosial
  • 13 Sentyabr 2019 09:38
  • 1 148 Baxış
Tanınmış jurnalistə VƏZİFƏ VERİLDİ

Tanınmış jurnalist, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı Səfayə Əhmədova yeni vəzifəyə təyin edilib.

S.Əhmədova İçərişəhər Qoruq İdarəsinin mətbuat xidmətində baş məsləhətçi vəzifəsinə təyin edilib.

Səfayə Əhmədova özü də məlumatı təsdiqləyib və artıq işinin başında olduğunu bildirib: "Etimad göstərib bu vəzifəyə layiq bildiyi üçün İçərişəhər Qoruq İdarəsinin rəhbərinə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, S.Əhmədova Səhiyyə Nazirliyindən əvvəl "Burc Fm" radiosunda, "Space", "Lider" telekanallarında aparıcı, xəbərlər departametinin rəhbəri vəzifəsində, habelə "Kaspi” qəzetində çalışıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR