• USD 1,7000 0,00% EUR 1,8752 +0,14%
    • GBP 2,1433 +1,26% RUB 0,0265 +0,38%

FHN maarifləndirmə tədbirləri keçirdi - FOTO

  • Sosial
  • 14 Sentyabr 2019 04:37
FHN maarifləndirmə tədbirləri keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin ictimai obyektlərə nəzarət sektoru sentyabrın 13-də Bakıdakı “Alba” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər Texniki Humanitar Liseyində, Göyçay rayon Hacalıkənd kənd tam orta məktəbində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəmkir rayonundakı “Sabirkənd” MMC-nin tikinti materiallarının satışı bazarında, Quba şəhər Mədəniyyət Mərkəzi və Xaçmaz şəhər 1 saylı dəmiryolu təmir stansiyasında, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Zaqatala rayon Yuxarı Tala kənd 2 saylı tam orta məktəbdə, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Beyləqan rayon 3 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

FHN-dən Publika.az-a bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Toplantılarda, həmçinin, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub. İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə Yasamal rayonundakı 39 saylı poliklinikada da maarifləndirmə tədbiri keçirib.

Tədbirdə “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin”, “Zəlzələ zamanı davranış qaydaları” adlı maarifləndirici videoçarxlar təqdim edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR