Mübariz İbrahimovun ev muzeyi hazırlanır - VİDEO
Bizi izləyin

Sosial

Mübariz İbrahimovun ev muzeyi hazırlanır - VİDEO

Milli Qəhrəman Mübariz İbrahimovun doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndində inşa olunan muzey tamamlanmaq üzrədir.

Xəzər Xəbər-in məlumatına görə, birmərtəbəli muzey sərgi zalından ibarət olacaq ki, burada Milli Qəhrəmana aid eksponatlar yer alacaq.

Muzeyə gələn ziyarətçilərin rahatlığının təmin olunmasından ötrü sərgi zalında isitmə və soyutma sistemləri quraşdırlıb. Milli Qəhrəman Mübariz İbrahimovun ata ocağında tikilən ev muzeyi yaxın vaxtlarda istifadəyə veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm