500-dən çox neftçi təxliyə edildi
Bizi izləyin

Sosial

500-dən çox neftçi təxliyə edildi

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirləri ilə əlaqədar 500-dən çox neftçi təxliyə edilib.

SOCAR-dan Publika.az-a verilən məlumata görə, 21-22 sentyabr tarixlərində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm