Bu rayonlarda qaz olmayacaq
Bizi izləyin

Sosial

Bu rayonlarda qaz olmayacaq

Bu gün Gəncə şəhərinin və Neftçala rayonun bir hissəsinə qaz verilişində məhdudiyyət olacaq.

Bu barədə Publika.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, bu gün səhər saat 09:00-dan bir neçə orta təzyiqli qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi işləri icra ediləcək. “Gəncə şəhər-1”, “Maşınqayırma”, “Gəncə şəhər-2”, “Avtozavod” orta təzyiqli qaz xətlərində və “Bağmanlar” ölçü qovşağında aparılacaq işlər zamanı Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

Bundan başqa, saat 10:00-dan etibarən Neftçala rayonunun Surra kəndi istiqamətində yeni çəkilmiş diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı rayonunun bir neçə yaşayış məntəqəsində qaz olmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm