FHN maarifləndirmə tədbirləri keçirdi - FOTO
Bizi izləyin

Sosial

FHN maarifləndirmə tədbirləri keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi sentyabrın 25-də bir sıra qurumlarda yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib.

FHN-dən Publika.az-a bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 - qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, eləcə də həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirilib. Yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm