FHN maarifləndirmə tədbirləri keçirdi - FOTO
Bizi izləyin

Sosial

FHN maarifləndirmə tədbirləri keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin ictimai obyektlərə nəzarət sektoru sentyabrın 26-da Bakıdakı “Azaleya” otelində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayon 141 nömrəli tam orta məktəbdə, Bakıxanov qəsəbə bələdiyyəsində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şabran şəhər Heydər Əliyev Mərkəzində, Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzində, Siyəzən regional Müalicə Diaqnostika Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tərtər regional Qaz İstismar İdarəsinin Ağcabədi rayon xidmət sahəsində, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələdəki “Qafqaz Yeddi Gözəl” otelində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib.

FHN-dən Publika.az-a bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm