FHN Gədəbəydə “dəyirmi masa” keçirdi - FOTO
Bizi izləyin

Sosial

FHN Gədəbəydə “dəyirmi masa” keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi Gədəbəy rayonundakı Heydər Əliyev Mərkəzində “Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi, mədəni sərvətlərin evakuasiya (təxliyyə) edilməsi tədbirlərinin, digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsi” mövzusunda “dəyirmi masa” keçirib.

FHN-dən Publika.az-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd idarə, müəssisə və təşkilatların, müvafiq xidmətlərin, yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatların, müvafiq xidmətlərin, yerli özünüidarəetmə orqanların rəhbərlərinin iştirakı ilə keçirilən “dəyirmi masa”da müəssisə rəhbərləri ilə Gədəbəy rayonu ərazisində köçürülmənin planlaşdırılması və həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edən normativ hüquqi sənədləri, fövqəladə hallar zamanı köçürmənin üsulları, sülh və müharibə dövrlərində əhalinin köçürülməsi zamanı davranış qaydaları, köçürmə tədbirlərinin təminatı, qərarların qəbul edilməsi barədə müzakirələr aparılıb, mövzulara aid əyani dərs vəsaitlər, videoçarxlar təqdim olunub.

Sonda tədbir iştirakçılarına əhalinin köçürülmə planlarının tərtibatı və məlumatların toplanması qaydaları barədə tövsiyələr verilib.

Sonra rayonun Miskinli kəndinin əhalisi ilə görüş təşkil olunub. Görüşdə ilkin tibbi yardım qaydaları, təbii və texnogen mənşəli fövqəladə hallardan qorunma qaydaları haqqında çıxışlar edilib, suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm