Pilotumuzun məzarı ziyarət olundu - ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR (FOTO/VİDEO)
Bizi izləyin

Sosial

Pilotumuzun məzarı ziyarət olundu - ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR (FOTO/VİDEO)

MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimidir.

Publika.az-ın məlumatına görə, ailə üzvləri və silahdaşları II Fəxri Xiyabanda mərhum pilotun qəbrini ziyarət edib. Şəhid pilotumuzun oğlu da mərasimə qatılıb.

Pilotun anası məzarı başında ağı deyərək, övladlarının "atalarının harada olması" sualına cavab verə bilmədiklərini dilə gətirib: "Oğlun səni görməyə gəlib, amma deyir atam ölməyib. Güllərini sənin üçün özü seçdi. Gözlərimdən yaş yox, qan axır. Yarından, balalarından doya bilməyən balam, hara getdin? Ellər oğluna yalvaraq bəlkə yarı yoldan qayıtdı. İki gün idi məni qonaq çağırdın, elə bil ölümünü bilirdin... Rəşad elə bil mənə can verirdi, nəfəs verirdi. Boyunu görəndə sevinirdik. Gecə səhərə kimi şəklinlə söhbət edirəm. Deyirəm bəlkə cavab verəsən ay ana, bəsdir ağladın. Nə şəklindən xəbər çıxır, nə də qeybdən səs gəlir".

***

Mərasimdə polkovnik Abdulla Qurbani bildirib ki, Hərbi Hava Qüvvələrinin baş komandanı general-leytenant Ramiz Tahirov başda olmaqla onun silahdaşları adından bir daha Rəşadın, əziz zabitinizin ailəsinə doğmalarına başsağlığı veririk:

"Rəşadın Vətən torpağına əmanət edildiyi vaxtdan 40 gün keçir. Bu ağrı və itki ailəsi kimi silahdaşlarını da kədərləndirdi. Bu günlərdə qürurverici hadisələrlə də qarşılaşmışıq. Rəşad qardaşımıza hesabat və vəfa borcu olaraq çatdırmaq istərdik ki, Türkiyə-Azərbaycan pilotlarının birgə taktiki təliminin bağlanış mərasimində Rəşad ehtiramla xatırlandı.

ASAN Xidmətlə Müdafiə Nazirliyinin Bakının işğaldan azad olunmasının 101-ci ildönümü münasibətilə hərbi ali məktəblərin 101 nəfər tələbəsi düşərgələrdə oldular.

Birinci günün yarışlarının nəticələri elan olundu, mükafatlandırılma zamanı tədbirdə mindən çox insan iştirak edirdi. Tələbə adını açıqlayanda Rəşad Atakişiyev kimi elan edəndə meydanı alqış bürüdü. Hərbi Hava Qüvvələrində Rəşad Atakişiyev kimi minlərlə oğullarımız var. Bu gün dövlət televiziyasının radiosunda gün rəzində rekviyem səslənəcək.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.

Nərgiz,

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm