Bu gün Qubada qaz olmayacaq
Bizi izləyin

Sosial

Bu gün Qubada qaz olmayacaq

Sentyabrın 30-da səhər saat 09:30-dan Quba şəhəri, M.Əcəmi küçəsində yeni çəkilmiş qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.

"Azəriqaz" İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, Alekseyevka kəndində isə qaz xətlərində aşkar olunmuş qaz sızmaları ləğv olunacaq.

Bundan başqa, Quba şəhəri, Heydər Əliyev prospekti ünvanında və rayonun 2-ci Nügədi kəndində abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yeri dəyişdiriləcək. Ona görə də rayonun mərkəzi və bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilələr olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm