FHN maarifləndirmə tədbirləri keçirdi - FOTO
Bizi izləyin

Sosial

FHN maarifləndirmə tədbirləri keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti oktyabrın 1-də Bakıda “Riveria” və “Azcot” otellərində, Bakı şəhər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyində, 2 saylı texnoloji nəqliyyat departamentində, Xətai rayon 48 nömrəli tam orta məktəb və Nərimanov rayon 8 nömrəli şəhər poliklinikasında, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər uşaq nevroloji sanatoriyasında və Yevlax Rayon İcra Hakimiyyətində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad rayon filialında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon bələdiyyəsində və Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Neftçala şəhər M.Səfərov adına gimnaziyada yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib.

FHN-dən Publika.az-a bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası”, “Dəm qazı təhlükəsi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?” mövzularında məruzələr edilib, həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydalarına dair söhbətlər aparılıb.

Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub.

Eyni zamanda, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm