Bu rayonlarda qaz olmayacaq
Bizi izləyin

Sosial

Bu rayonlarda qaz olmayacaq

Oktyabrın 2-də səhər saat 08:30-dan 19:00-dək Qaz İxrac İdarəsi “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi işlərini icra edəcək.

Azəriqaz İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, Yardımlı və Lerik rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq. Bundan başqa adı çəkilən idarənin “Şamaxı” Qaz Paylayıcı Stansiyasında aparacağı quraşdırma işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində də qaz fasilələrlə veriləcək.

Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrinin də qaz təchizatında fasilələr yaranacaq.

Oktyabrın 2-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək “Biləcəri (Sulutəpə)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm