FHN “Bakı Metropoliteni”nin elektrik deposunda təlim-məşq keçirdi - FOTO
Bizi izləyin

Sosial

FHN “Bakı Metropoliteni”nin elektrik deposunda təlim-məşq keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC-nin N.Nərimanov adına elektrik deposunun ərazisində yerləşən vaqon parkında təlim-məşq keçirib.

FHN-dən Publika.az-a bildiriblər ki, təlim-məşqə Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları ilə yanaşı, metropolitenin işçiləri də cəlb olunublar. Vaqon parkında 18-ci yolda dayanan qatarın ikinci vaqonunda baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi təlim-məşqin məqsədi olub.

Tədbirdə şərti yanğın baş verən zaman vaqon parkının növbətçisi tərəfindən səs ucaldıcı vasitəsilə yanğının baş verməsi barədə məlumat verilib və metropoliten işçiləri tərəfindən yanğının söndürülməsinə başlanılıb. Sonra FHN-in “112 - qaynar xətti”nə yanğın barədə məlumat verilib. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin yanğın avtomobili və canlı qüvvəsi şərti yanğın hadisəsi baş vermiş əraziyə gələrək yanğını söndürüb.

Təlim-məşq başa çatdıqdan sonra yanğınsöndürənlər tərəfindən metropoliten işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm