"İlin müəlliməsi" bu dəfə "Tərəqqi" medalı ilə təltif edildi - FOTO
Bizi izləyin

Sosial

"İlin müəlliməsi" bu dəfə "Tərəqqi" medalı ilə təltif edildi - FOTO

Müəllim adı tarixən həmişə fədakarlıq, əzm, vətənə və millətə sevgi, insanpərvərlik anlayışları ilə birgə xatırlanıb. Müəllim olmaq ona görə şərəflidir ki, müstəqil Azərbaycanımızın gələcəyinin daha möhkəm təməllər üzərində qurulması yolunda onların əməyi ölçüyəgəlməzdir.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 3 oktyabr 2019 – cu il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən müəllimlərimizin siyahısında müəllimə adını şərəflə daşıyan Xəlilova Elnarə Şamxal qızı da var.

Maraqlıdır ki, 1993 cü ildən 2004-dən Bakı şəhər Nəsimi rayonu 111 saylı məktəbdə ibtidai sinif müəlliməsi işləyən Elnar xanım 2004-cü ildən 6-saylı məktəb liseydə işləyir və 2012-ci il ildə “İlin müəlliməsi” fəxri adına layiq görülüb.

“İlin müəlliməsi”nin 7 il sonra “Tərəqqi” medalı ilə təltif edilməsi bütün müəllimləri xüsusi ilə də gənc pedaqoqları ruhlandırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm