Bu il 3700-dən çox məcburi köçkünə mənzil veriləcək
Bizi izləyin

Sosial

Bu il 3700-dən çox məcburi köçkünə mənzil veriləcək

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının icra katibliyində mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, Komitə sədri qeyd edib ki, Qobu-Park yaşayış kompleksində birinci mərhələdə 1026, ikinci mərhələdə isə 1300 ailə mənzillə təmin olunub.

Onun sözlərinə görə, bu il 3700-dən çox məcburi köçkünə mənzil veriləcək. Bununla yanaşa, Şirvanda 300 ailəyə mənzil veriləcək, Beyləqanda 146 fərdi ev tikilir. Göyçayda, Göygöldə və Kürdəmirdə qəsəbə istifadəyə veriləcək. Mənzillərin paylanması üçün komissiya fəaliyyət göstərir.

R.Rzayev bildirib ki, evlər ilkin olaraq ağır şəraitdə yaşayan məcburi köçkünlərə verilir: "Hazırda 24 min ailə ağır şəraitdə yaşayır. Yeni mənzillərin və qəsəbələrin tikilməsi ilə əlaqədar torpaqların ayrılması üçün müraciətlər olunub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm