Sosial
Elmira Süleymanova gənclərə müraciət etdi
"Narkomaniya bütün dünyada ən böyük problemlərdən biridir. Çünki dünyada narkobizneslə məşğul olanlar narkomaniyanın yayılmasında maraqlıdırlar".
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Liderlik məktəbi"ndə yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən tədbirdə deyib. O bildirib ki, narkotacirlər bu pis vərdişin yayılması ilə gəlir əldə edirlər: "Bu gün narkotik maddə satışı dünyada ən böyük biznesdir. Təəssüflər olsun ki, narkotikə qurşanan gənclər heç bir faydalı işlə məşğul ola bilmirlər. Xüsusən də, oğlan uşaqları diqqətli olmalıdır. Çünki oğlanlar siqaretə tez qurşanır və bununla da onlarda asılılıq yaranır. Asılılıq yarandıqdan sonra isə onlar istənilən yolla pul tapıb narkotik maddə almağa çalışacaq. Hətta buna görə oğurluğa da əl atacaqlar". Ombudsman narkotik maddədən qaçmaq üçün gəncləri siqaret çəkməkdən uzaq durmağa çağırıb: "Bəzi hallarda deyirlər ki, kişi deyilsən? Siqaret niyə çəkmirsən? Ona demək lazımdır ki, elə kişiyəm ki, siqaret çəkmirəm. Siqaretin tərkibində olan maddələr asılılığa gətirib çıxara bilir".(Report)
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı