• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Komitə sədri: Rusiyada işləyənlərin stajı pensiya təyinatında nəzərə alınmır

  • Sosial
  • 14 Oktyabr 2019 11:45
Komitə sədri: Rusiyada işləyənlərin stajı pensiya təyinatında nəzərə alınmır

Rusiyada işləyənlərin topladığı əmək stajı Azərbaycanda pensiya təyinatı zamanı nəzərə alınmır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiyada çoxlu sayda azərbaycanlı işləyir və onlar Dövlət Sosial Müdafiə Fonduna vəsaitlər ödəməlidirlər: "İnsanların orada uzun müddət işləməsi və əməkhaqqı alması sonda onun pensiyasına təsir etmir. Bu məsələlər üzərində iş aparmaq mümkündür. Dövlətlərarası konvensiyanı nəzərə alaraq, bu məsələdə qarşılıqlı addımlar atmalıyıq. Dövlətlərarası konvensiya olsa da, Rusiya tərəfindən ratifikasiya olunmayıb".

H.Rəcəbli əlavə edib ki, son 2 il ərzində Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində ciddi dəyişikliklər baş verib: "Ciddi pensiya islahatları aparmışıq, pensiya yaşı 65 yaşa qaldırılıb. Pensiya təyinatının elektronlaşdırılması əhali ilə işi asanlaşdırır. Əhalinin 80 faizi evdə olarkən pensiya ilə bağlı məlumatları SMS və ya e-mail vasitəsilə alır".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR