Sosial
FHN təhlükə mənbələrinin aradan qaldırılması işini davam etdirir - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğınların baş verə biləcəyi ərazilərdə təhlükə mənbələrinin aradan qaldırılması işini davam etdirir.
FHN-dən Publika.az-a bildiriblər ki, respublikanın şəhər və rayonlarında yanğın təhlükəsinin aradan qaldırılması məqsədilə yerli icra strukturları və bələdiyyələrin iştirakı ilə əvvəlcədən müəyyən edilmiş, təyinatı üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan quru kol-kos və s. ərazilərin təmizlənməsi, müvafiq yerlərə daşınması işləri həyata keçirilir.
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbinə görə, yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Bu tələb icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə uyğun olaraq, “Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi”nə görə inzibati məsuliyyət nəzərdə tutulub.
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır