Sosial
Əli Əhmədov: Bu, ölkəmizdə həyata keçirilən siyasətin əsas cəhətlərindən biridir

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolu keçib.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Füzuli rayonunun Horadiz şəhərində ərazi ilk partiya təşkilatlarının sədrlərinin müşavirəsi zamanı deyib.
Dövlət başçısının siyasətində əhalinin rihaf halının yüksəldilməsinin mühüm yer tutduğunu deyən Baş nazirin müavini qeyd edib ki, əhalinin sosial qayğıya ehtiyacı olan hissəsi də daim xüsusi diqqət mərkəzindədir. Bu baxımdan, qaçqın və məcburi köçkünlərə göstərilən qayğı böyük əhəmiyyət kəsb edir:
“Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması əlaqədar həyata keçirilən sosial paketdə çox ciddi məqamlar özünün əksini tapıb. Bu insanların həyatının, yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün dövlət tərəfindən mütəmadi olaraq zəruri tədbirlər görülür, onların müavinətləri ardıcıl olaraq artırılır. Bütövlükdə, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsas cəhətlərindən biridir. məlumdur ki, bu günə qədər 300 minə qədər məcburi köçkün mənzillə təmin olunub, 110-a yaxın şəhərcik tikilib istifadəyə verilib. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin bariz ifadəsidir”.
YAP Sədrinin müavini söyləyib ki, məcburi köçkünlərin maddi sıxıntılarının aradan qaldırılması üçün daim zəruri addmlar atılır. Amma onların mənəvi sıxıntısı var. Bu da həmin insanların doğma torpaqlarının erməni işğalı altında olmasıdır:
“Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı “Qarabağ Azərbaycandır!” bəyanatını səsləndirməsi həm ermənilərə və onlara havadarlıq edənlərə ciddi mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqı səfərbər olunub öz torpaqları işğaldan azad etməyə qadirdir. Prezidentimizin siyasəti bundan ibarətdir ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesi davam edirsə, problemin sülh yolu ilə həlli imkanları tükənməyibsə bu imkandan sona qədər yaralanmaq lazımdır. Əgər sülh danışıqları nəticə verməyəcəksə, biz ordumuzun gücü ilə ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan vətəndaşları Prezidentimizin bu mövqeyini dəstəkləyir”.

-
Dünya30 İyun 23:31
Zelenskidən Putinə məktub gətirdi: "Əməliyyatların tez bir zamanda..."
-
MDB30 İyun 22:48
Belarus bu ölkə vətəndaşları üçün viza rejimini LƏĞV ETDİ
-
Magazin130 İyun 22:00
Rəqsanənin qızı Aysunun toyundan son görüntülər - FOTO/ VİDEO
-
Sosial30 İyun 20:48
Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi - VİDEO
-
Sosial30 İyun 20:36
Azərbaycanda boşanmalarla bağlı SON STATİSTİKA
-
Region30 İyun 20:00
Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"
-
Dünya30 İyun 19:03
“Ukraynanın NATO-ya qəbulu mümkünə yaxın belə deyildi” - Conson
-
Nida Xəbər 30 İyun 18:45
İdxal olunan ətlərdən harada istifadə olunur?