Sabah bu rayonlarda qaz olmayacaq
Bizi izləyin

Sosial

Sabah bu rayonlarda qaz olmayacaq

Oktyabrın 16-da 09:00-dan Qaz İxrac İdarəsi “Sulutəpə” Qazpaylayıcı Stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparmağı planlaşdırır. Bu müddət ərzində Binəqədi rayonunun Biləcəri, Xocasən qəsəbələrində, Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilə yaranacaq. Bundan başqa, saat 10:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Pirşağı, Nardaran, Bilgəh qəsəbələri və 2-ci sovxoz yaşayış massivində də qaz təchizatında müvəqqəti dayandırmalar olacaq. Həmin vaxt diametri 530 millimetr olan "Digah-Bilgəh" orta təzyiqli qaz xəttinin bir hissəsi diametri 500 millimetrlik polietilen boru kəməri ilə əvəz olunacaq.

Publika.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm