Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI, YERİNƏ İSƏ...
Bizi izləyin

Sosial

Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI, YERİNƏ İSƏ...

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar.

Bu barədə Publika.az SOCAR-a istinadən xəbər verir.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri, Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm