Azərbaycanda istilik qiymətləri artırılır? - RƏSMİ
Bizi izləyin

Sosial

Azərbaycanda istilik qiymətləri artırılır? - RƏSMİ

Bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır və bu da onun sosial əhəmiyyəti ilə bağlıdır.

Publika.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, həmin zərər müəyyən formada aradan qaldırılır. Qeyd edib ki, hər hansı biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz: "Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".

Mirzəliyev istilik tariflərinin artırılması ilə bağlı məsələyə də münasibət bildirərkən deyib ki, hazırda hesablamalar aparılır, amma bu qiymətlərin artması anlamına gəlməyəcək: "Biz bu barədə heç bir aidiyyəti quruma müraciət etməmişik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm