Sosial
Binalar niyə isinmir? - RƏSMİ CAVAB
Binalarada istiliyin zəif olmasının əsas səbəbi məlum olub.
Publika.az xəbər verir ki, “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bu gün keçirdiyi mətbuat konfransında yaşayış binalarına istiliyin aşağı temperaturda verilməsinin səbəblərinə aydınlıq gətirib.
O qeyd edib ki, qazanxanadan istilik maksimum temperaturda çıxır: “Mən burada əyləşənləri bizim müəssisəyə dəvət edirəm. Gəlin baxın və özünüz şahid olun ki, qazanxanadan binaya istilik hansı temperaturda verilir. İstiliklə bağlı əsas problemlər mənzil daxili məsələlərdən qaynaqlanır. Məsələ ondadır ki, yaşayış binalarında mövsümə hazırlıqla bağlı tədbirlər zəif aparılır. Bura zirzəmilərin bağlanması, qurudulması, dam örtüyünün izolyasiya olunması və sair aiddir. Yəni, istilik itkisinin ən azı 90 faizi mənzil daxili problemlərlə bağlıdır”.
İlham Mirzəliyev qeyd edib ki, bir neçə il əvvələdək küçələrdən keçərkən isti su axan borulardan buxar axıntılarını tez-tez görmək mümkün olardı: “İndi isə siz küçələrdə belə haları nadir hallarda görə bilərsiniz. Bu cür halları yalnız qəza hallarında görmək mümkündür. Bizim 1000 km-dək xətlərimiz var. Ola bilsin ki, həmin borularda müəyyən gözdən qaçan problemlər olsun”, - qurum rəsmisi bildirib.
-
Sosial19:35
İntihar edən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub