Sosial
İbrahim Məmmədov müavin vəzifəsindən gedib? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Əməkdar jurnalist İbrahim Məmmədov Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri təyin olundu.
Publika.az xəbər verir ki, İbrahim Məmmədov, təyinatdan öncə ARB TV-də sədr müavini vəzifəsini tuturdu. Eyni zamanda analitik verilişin aparıcısı idi.
Bəs təyinatdan sonra onun telekanalla əməkdaşlığı davam edəcəkmi?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli, ilk olaraq İbrahim müəllimi təyinatı münasibətilə ARB kollektivi adından təbrik etdi:
"Ona yeni işində uğurlar arzulayırıq. Bu, həmkarımıza göstərilən yüksək etimaddır və əminik ki, İbrahim Məmmədov bu işin öhdəsində də uğurla gələcək. "ARB Media Qrup"dakı fəaliyyətə gəlincə bildirmək istəyirik ki, İbrahim müəllim telekanalımızda işini davam etdirəcək və eyni zamanda analitik verilişin müəllifi kimi efirdə olacaq.
"ARB Media Qrup"da bu cür təcrübə var. Telekanalımız mətbuat xidmətlərində çalışan peşəkar aparıcıların təcrübəsindən bəhrələnir. Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat ximətinin rəhbəri Anar Nəcəfli, Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva, Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı, eləcə də İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə "ARB TV" və "ARB24"də aparıcı kimi fəaliyyət göstərir. İbrahim Məmmədov da artıq yeni çalışdığı qurumla bununla bağlı razılığa gəlib və biz birgə işimizi davam etdirəcəyik".
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO