Sosial
"Azərişıq" hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi
Hazırda ölkədə müşahidə olunan hava şəraiti ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.
Bunu Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, ötən gecə bəzi ərazilərin elektrik enerjisi təchizatında qısamüddətli fasilə olub:
"Azərişıq" rəhbərliyi başda olmaqla Bakı şəhəri və region texniki departament, həmçinin qəza xidmətinin əməkdaşları hazırda iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısının operativ surətdə alınması məqsədi ilə əlavə mal-material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhəri ətraf kənd-qəsəbləri və regionlara göndərilib. Gecə saatlarında leysan yağışları səbəbindən Bakı regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində olan Güzdək-Çaylı, Aran RETSİ ərazisində olan Ağcabədi hava elektrik veriliş xətlərində açılma baş verib, əməkdaşlarımız tərəfindən operativ şəkildə aradan qaldırılıb".
"Xatırladım ki, son illər "Azərişığ"ın elektrik şəbəkələrində apardığı yenidənqurma işləri nəticəsində ciddi qəzalar baş verməyib hava şəraitinin kəskin keçməsinə baxmayaraq, istehlakçılar ölkə boyu dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur" - deyə Tanrıverdi Mustafayev əlavə edib.
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi




































