Gədəbəy mineral suları: 38 çeşiddə məhsul belə hazırlanır - - VİDEO
Bizi izləyin

Sosial

Gədəbəy mineral suları: 38 çeşiddə məhsul belə hazırlanır - - VİDEO

2004-cü ildən fəaliyyətə başlayan Gədəbəy Mineral Suları MMC-nin mövcud olduğu illər ərzində istehsal etdiyi məhsullar keyfiyyəti ilə seçilir.

Teleqraf.com xəbər verir ki, müəssisədə “Slavyanka” brendi adı altında Gədəbəyin Slavyanka kəndi yaxınlığında yerləşən məşhur bulaqların suyundan təbii minerallı süfrə suyu və limonadlar istehsal olunur.

2010-cu ildə Gədəbəyin Zəhmət kəndində 5 su qablaşdırması xətti quraşdırılmış su zavodu, 2014-cü ildən ən müasir avadanlıqla təchiz olunmuş iki istehsal xəttindən ibarət limonad zavodu da fəaliyyət göstərir.

Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən şəfalı “Novlu” bulağının suyu bu müəssisənin fəaliyyətində mühüm rol oynayır. Belə ki, bulağın suyu əvvəlcə bu müəssisənin su hovuzuna toplanır və bir müddət sonra 5 mərhələli emal prosesindən keçir:

Mərhələ 1: Mexaniki filtr

Mənbədən gələn su mexaniki torba filtrdən keçərkən asılı maddələr tutulur.

Mərhələ 2: Qum-karbon filtri

Qum və karbon filtri suyu daha şəffaf edir, suda ola biləcək əlavə dad və qoxulardan azad edir.

Mərhələ 3: Ultra-filtrasion sistem

Ultra-filtrasion sistem gözlə görünməyən asılı maddələri və bakteriyaları təmizləmək üçün lazımdır.

Mərhələ 4: Kartuş filtri

Kartuş filtri suyun tərkibinə nəzarət məqsədilə istifadə olunur.

Mərhələ 5: Ozonlaşdırılma mərhələsi

Tam təmizlənmiş su xüsusi avadanlıqlar vasitəsi ilə ozonlaşdırılır. Ozon üç atomlu oksigendən ibarətdir. Suya daxil ozon 48 saat müddətində parçalanır və sudan xaric olur. Bu müddətdə ozon suda olan bakteriyaları öldürür.

Müəssisənin ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyasında mənbədən istehsalata qədər bütün proses boyu suyun laborator analizləri aparılır və ən yüksək keyfiyyət standartlarına cavab verməsinə nəzarət olunur. Laboratoriyanın bütün qeydiyyatları arxivləşdirilir.

Hazırda Gədəbəy Mineral Suları MMC-də fəaliyyətdə olan iki fabrikdə 6 texnoloji xətt quraşdırılıb. Bu xətlərdə pet və şüşə butulkalarda 38 çeşiddə müxtəlif həcmli qazlaşdırılmış və qazlaşdırılmamış mineral su, limonad məhsulları istehsal olunur.

Gədəbəy Mineral Suları MMC-nin istehsal etdiyi limonadlar düşes, feyxoa, limon və üzüm çeşidlərindən ibarətdir.

“Slavyanka” limonadlarının digərlərindən əsas fərqi limonadlara “saxarin” maddəsi deyil təbii şəkər tozunun vurulmasıdır. Bu isə “Slavyanka” limonadlarını daha dadlı və təbii edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm