DİN ölkəni ayağa qaldıran hadisə ilə bağlı açıqlama verdi
Bizi izləyin

Sosial

DİN ölkəni ayağa qaldıran hadisə ilə bağlı açıqlama verdi

Daxili İşlər Nazirliyi Bakıda iki azyaşlının valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı açıqlama yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, faktla bağlı artıq araşdırmalar başlayıb:

“Ağcabədi sakini olan Tərgül İbrahimova DİN-in “102” zəng xidməti mərkəzinə müraciət edərək, mərhum bacısının paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan azyaşlı övladları Hüseyn və Qulunun ataları Xəqani Əkbərov və ögey anaları Nuranə Əkbərova tərəfindən işgəncələrə məruz qaldığını bildirib. Daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılıb. Tərəflərin izahatları alınıb. Hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub. Məhkəmə-tibb ekspertizasının rəylərində azyaşlıların müxtəlif vaxtlarda bədənlərinin bir sıra nahiyələrindən aldıqları xəsarətlərin sağlamlığa az ağır və yüngül zərər vurmaya aid olduğu müəyyən edilib. Xəqani Əkbərov və Nuranə Əkbərovanın birlikdə himayələrində olan iki azyaşlıya mütəmadi olaraq əzab verməklə xəsarət yetirmələri faktı üzrə toplanmış material cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib”.

Qeyd edək ki, hadisə ilə bağlı bazar günü sosial şəbəkələrdə məlumat yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm