Azərbaycana idxal olunan qida məhsulları sərhədlərdə yoxlanacaq
Bizi izləyin

Sosial

Azərbaycana idxal olunan qida məhsulları sərhədlərdə yoxlanacaq

Gələn ildən Azərbaycana idxal olunan qida məhsulları sərhədlərdə yoxlanacaq.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA) sədri Qoşqar Təhməzli Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda deyib.

Onun sözlərinə görə, gələn ildən ölkəyə idxal olunan qida məhsulları üçün qida təhlükəsizliyinə nəzarət məntəqələri yaradılacaq: “Qida təhlükəsizliyinə nəzarət məntəqələri sərhəd-keçid məntəqələrinin yaxınlığında yaradılacaq və daha sürətli, keyfiyyətli keçidə şərait yaradacaq".

Q.Təhməzli onu da qeyd edib ki, AQTA və DGK-nın məqsədi sahibkarlar üçün asanlaşdırılmış sistemin tətbiqi ilə yanaşı, ölkə əhalisinin sağlamlıq göstəricilərinin qorunmasıdır. “Bir sıra beynəxalq təşkilatların dəstəyi ilə Azərbaycanda "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi işlənib hazırlanıb. Yaxın vaxtlarda həmin qanunun qəbul olunması üçün müvafiq qurumlara təqdim olunacaq. O qanunda qida məhsullarına münasibətdə əsas faktorlar öz əksini tapmış olacaq ki, artıq Azərbaycanda qida məhsullarının ixracı zamanı bir sənəd təqdim ediləcək. Sənəddə ixrac edilən məhsulların göstəriciləri öz əksini tapacaq. Bir sənəd üzərində məhsulun həm baytarlıq, həm fitosanitar, həm də sağlamlıq göstəriciləri qeyd ediləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm