Pambıqçılıq ona görə inkişaf etdirilir ki... - Ekspert
Bizi izləyin

Sosial

Pambıqçılıq ona görə inkişaf etdirilir ki... - Ekspert

Dövlət tərəfindən son üç ildə pambıqçılığa diqqətin ayrılması, texnoloji avadanlıqlardan istifadə, subsidiyalaşdırma sisteminin tətbiqi göstərir ki, bu sahəyə kifayət qədər diqqət yetirilib.

Bu fikirləri Publika.az-a pambıqçılıq mövsümünün yekunları ilə bağlı Prezidentin çıxışına münasibət bildirərkən ekspert Cəfər İbrahimli səsləndirib.

Pambıqçılığa dövlət dəstəyindən danışan ekspert bildirib ki, əvvəlki illərdə bu sahədə göstəricilər aşağı idi. Ancaq 2015-ci ildən etibarən pambıqçılıq durmadan inkişaf edir: “Azərbaycanda torpaqlar bu sahə üçün uyğun olduğuna görə real nəticələrin alınması mümkündür. Pambıqçılıqla bağlı analiz nəticələri orta hektar üçün məhsuldarlıqdan xəbər verir. Bu hektar üçün məhsuldarlıq da orta hesabla 15 sentnerə çatırsa, bu sahə gəlirli olur. Bu da ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır, Ümumi Daxili Məhsula təsir artır. Son illərdə pambıqçılıqda məhsuldarlığın təxminən 30 sentnerə yaxınlaşması və əldə olunan məhsulun artaraq 294 000 tona çatması həqiqətən ciddi nəticənin əldə edilməsindən xəbər verir. Bu nəticənin əldə olunması üçün bəzi məsələlər var. Bunlardan ən əsası odur ki, kənd təsərrüfatı dövlətin dəstəyinə ehtiyacı olan bir sahədir. Dövlətin də əsas siyasətindən biri bundan ibarətdir ki, Azərbaycanda kənd təsərrüfatı üzrə pambıqçılıq inkişaf etdirilməlidir. Çünki daxili bazarda yüngül sənayenin inkişafı əsas məsələlərdəndir. Bizim pambıq satışı ilə bağlı ciddi problemimiz yoxdur. Qonşularımız olan Rusiya və Türkiyənin kifayət qədər idxala ehtiyacı var. Dünya bazarındakı vəziyyətə baxdığımız zaman, qiymətlərin pambıq istehsalından gəlir götürmək üçün uyğun vəziyyətdə olduğunu görürük”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm