Sosial
“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
“Azəriqaz” İstehsalat Birliyinin müştəri xidmətləri bayram günlərində (31 dekabr - 6 yanvar) gücləndirilmiş iş rejimində çalışacaq.
“Azəriqaz”dan Publika.az-a verilən məlumata görə, bununla bağlı artıq işçilərin növbə ilə çalışacaqları qrafiklər tərtib olunub, onlar tam məlumatlandırılıb. Qeyd edilən tarixlərdə Birliyin Babək prospektində yerləşən Bakı Regional Qazın Satışı Departamentində, Gəncə Regional qaz istismarı İdarəsi və Sumqayıt Regional qaz istismarı Sahəsinin inzibati binalarında ayrılmış işçilər səhər saat 09:00-dan axşam saat 18:00-dək iş başında olacaqlar. Yalnız şənbə və bazar günlərində (4-5 yanvar) xidmət saat 17:00-dək davam edəcək.
Qeyd edək ki, Birliyin mütəxəssisləri abonentlərə smart kartların verilməsi ilə yanaşı, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması, müqavilələrin bağlanması kimi xidmətləri göstərəcəklər.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...