Sosial
Eldar Sultanov: Prokurorluqda işləyənlərin 70 faizi...
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən etibarən gənc hüquqşünasların prokurorluq orqanlarına işə qəbulu test üsulu ilə həyata keçirilir.
Publika.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. O bildirib ki, şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə aparılan işə qəbulun bu mütərəqqi yolu prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb: "Hazırkı vaxtadək qulluğa qəbul edilmiş gənclərin prokurorluğun kadr korpusunun 70 %-ni təşkil etməsi göstərilənlərin məntiqi nəticəsidir.
Təqdirəlayiq haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olmuş yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən gənc prokurorluq işçilərinə yüksək etimad göstərilərək onlar müxtəlif vəzifələrə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrə irəli çəkilirlər.
Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun imzaladığı əmrlərlə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyevin Şəki, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Ramil Əliyevin isə Siyəzən rayon prokuroru vəzifələrinə təyin edilmələri ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluq orqanlarında aparılan kadr islahatlarının uğurudur".
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR