“Gündəlik Teleqraf” Media Qrupun əməkdaşları qalib oldu
Bizi izləyin

Sosial

“Gündəlik Teleqraf” Media Qrupun əməkdaşları qalib oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, 2019-cu il noyabrın 8-dən dekabrın 13-dək keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinə 56 KİV-dən 150 yazı daxil olub. Yazılar 12 eskpert tərəfindən qiymətləndirilib. Ekspertlərin qiymətləndirməsinə əsasən, 19 nəfər I, 38 nəfər II, 56 nəfər III yerə layiq görülüb.

Qaliblər sırasında “Gündəlik Teleqraf” Media Qrupun əməkdaşları Ruslan Xəlil, Nizam Rzayev və Asif Nərimanlı da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm