Məşhur hotel təmirə bağlanır
Bizi izləyin

Sosial

Məşhur hotel təmirə bağlanır

Qəbələdə yerləşən Qafqaz Resort Hotel öz fəaliyyətini müvəqqəti olaraq dayandırır.

Qafqaz Resort Hotel 98 lüks nömrədən ibarətdir. Hotelin standart, yarılüks, kral otağı, prezident apartamentləri, kral lüks və ailəvi lüks kateqoriyalardan ibarət nömrələri təmirlə əlaqədar müvəqqəti olaraq may ayına kimi qonaqları qəbul etməyəcəkdir.

Gilan Holdinq "Həm azərbaycanlı, həm də xarici qonaqlar tərəfindən ən tanınan ve sevilən Qəbələ hotellərindən biri olan - Qafqaz Resort Hotel – yanvar ayında başlayacaq irimiqyaslı təmir planı çərçivəsində bağlanır və may ayında otel yenidən öz qapılarını qonaqlar üçün açacaq", - məlumatda bildirir.

Holdinqdən bildirilib ki, hoteli əsaslı təmir gözləyir - qarşıda olan təmir işləri bütünlüklə Qafqaz Resort Hotelə şamil olunacaq, bunlar həm eksteryerin həm də interyerin yenilənməsi ilə qonaqlarda uzun illər unudulmaz təəssüratlar yaradacaq.

Qafqaz Resort Hotel Qəbələdə ilk beş ulduzlu hotel olmaqla 2008-ci ildən fəaliyyət göstərir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm