Sosial
Uşaqlarınız zorakılığa məruz qalıbsa... - Komitə valideynlərə müraciət etdi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.
Müraciətdə valideynlərə övladlarının zorakılığa məruz qalıb-qalmadığını anlamaq üçün uşaqlarda aşağıdakı əlamətlərin olub-olmamasına diqqət yetirmək tapşırılıb:
- Bədəninin hər hansı bir yerində göyərmə, kəsik, sıyrıq, şişlik qırıq, çıxıq və yaxud yara varsa;
- Bu əlamətləri paltarları ilə gizlətməyə çalışırsa;
- Sağalmayan, səbəbi məlum olmayan yaralar;
- Özünə aid əşyaları itirirsə və evə cırıq paltarlarla gəlirsə;
- Həmişəkindən daha çəkingən, içinə qapanıq, və etinasız, süst olursa;
- Sizinlə və ətrafındakılarla ünsiyyətdən qaçırsa;
- Tək qalmağa meyillidirsə;
- Başqalarına inanmırsa;
- Məktəbə getmək istəmirsə, dərsdən qaçırsa;
- Yuxusunda və iştahında dəyişikliklər varsa;
- Yatağını islatma, kəkələmə və nitqində ilişmə, gecə kabusları varsa;
- Təhsil naliyyətlərində geriləmə varsa;
- Anormal sakitlik və ya aqressiv davranma, söz dinləməmək, üsyankarlıq varsa;
- Verdiyiniz suallara yalan cavablar verirsə, hekayələr uydurursa;
- Dinlədiyi musiqidə, çəkdiyi şəkillərdə, yazılarında şiddəti göstərən əlamətlər varsa;
- Vücudunun eybəcər olduğunu, cinsi orqanlarında bir problem olduğunu düşünürsə;
- Oyuncaqları ilə və ya başqa uşaqlarla oynayarkən cinsəllik və zorakılıq ehtiva edən hərəkətlərə üstünlük verirsə, onun zorakılığa məruz qaldığını düşünə bilərsiniz. (report)
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO