Kirayə yolu ilə mənzil almaq istəyənlərə BƏD XƏBƏR
Bizi izləyin

Sosial

Kirayə yolu ilə mənzil almaq istəyənlərə BƏD XƏBƏR

Azərbaycanda yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə bu gün başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.

İpoteka və Kredit Zəmanət Fondundan Publika.az-a verilən məlumata görə, nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” ("Elektron sistem") üzrə müraciətlərin qəbulunda problemlər yaranıb. Hazırda Fond aidiyyəti təşkilatlarla birlikdə "Elektron sistem"in dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir. Qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm