Avtovağzada “LIBRAFF”ın oxu məntəqələri yaradıldı - - FOTO
Bizi izləyin

Sosial

Avtovağzada “LIBRAFF”ın oxu məntəqələri yaradıldı - - FOTO

“Libraff” mağazalar şəbəkəsi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) birgə təşkilatçılığı ilə BBAK-ın iki gözləmə zalında kitabxana tipli məntəqələr yaradılıb.

Publika.az xəbər verir ki, məntəqənin açılışında çıxış edən “Libraff” mağazalar şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu bu məntəqələrin ərsəyə gəlməsindən danışıb.

O bildirib ki, məqsəd insanların kitaba, mütaliəyə olan marağını artırmaq, bu istiqamətdə təşviqat və təbliğatı gücləndirmək, həmçinin sərnişinlərin öz nəqliyyat vasitələrini gözləyərkən vaxtlarını səmərəli keçirmələrini təşkil etməkdir:

“Bu məntəqələrdə latın, kiril qrafikası əsasında Azərbaycan və dünya ədəbiyyatından olan müxtəlif məzmunlu kitablar toplanıb. Hər yaşda olan sərnişinlər sırf onları maraqlandıran məzmunlarda əsərləri rahatlıqla oxumaq imkanları qazanacaqlar. Oxu zallarında balacalar üçün də şərait yaradılıb və rəflərdə onların yaş həddinə uyğun kitablar yer alıb. Həmçinin sərnişinlər də özləri ilə gətirdikləri kitabları başqalarının oxuması üçün rəflərə qoya bilərlər”.

C.Nəzəroğlu qeyd edib ki, BBAK dəstək olarsa, rayonlardakı avtovağzallarda da bu cür oxu məntəqələri yaradılacaq.

BBAK-ın mətbuat katibi Pərvin Məmmədova belə bir təşəbbüsün vətəndaşların gözləmə zallarında vaxtını səmərəli keçirmələri üçün mühüm addım olduğunu deyib:

“İnanırıq ki, bu təşəbbüs sərnişinlər tərəfindən maraqla qarşılanacaq. Belə bir söz var ki, kitab oxuyan insanlar oğurluq etmirlər. İnanırıq ki, sərnişinlər oxuduqları kitabları sonradan kitab rəfinə qoyacaqlar. Amma hər ehtimala qarşı oxu məntəqələrinə nəzarət ediləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm