Çindən təxliyə edilən Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR
Bizi izləyin

Sosial

Çindən təxliyə edilən Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Azərbaycanın Ankaradakı səfirliyi Çindən Türkiyəyə təxliyə ediləcək Azərbaycan vətəndaşlarını gözləyir.

Səfirlikdən “Report”un Türkiyə bürosuna verilən məlumata görə, səfirlik Türkiyənin Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə vətəndaşlarımıza lazım olan bütün köməkliyi göstərmək üçün hazır vəziyyətə gətirilib.

Bildirilib ki, təyyarə Türkiyə vaxtı ilə saat 8:00-da Ankarada olacaq. Vətəndaşlarımız 14 gün ərzində karantində saxlanılacaq, nazirlik uyğun gördüyü vaxtda səfirlik həmin şəxslərlə görüşəcək və onlara lazım olan bütün dəstəyi verəcək:

“Türkiyənin Səhiyyə Nazirliyi ilə mütəmadi əlaqədəyik. Həmin vətəndaşlarımız üçün hazırda bizim edə biləcəyimiz bir şey yoxdur. Ehtiyac olduğu vaxt onların yanında olacağıq. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında virusun özünü büruzə etmə müddəti 14 gün olaraq müəyyən edildiyi üçün 2 həftə onlar qapalı şəraitdə həkim nəzarətində olacaqlar. Həmin müddətdən sonra vətəndaşlarımızın ölkəmizə göndərilməsində də yaxından iştirak edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm