Bu qəsəbələrdə su olmayacaq
Bizi izləyin

Sosial

Bu qəsəbələrdə su olmayacaq

Bu gün Bakı şəhərinin və Hacıqabul rayonunun bəzi qəsəbələrində içməli suyun verilişi dayandırılacaq.

Azərsu ASC-dən Publika.az-a verilən məlumata görə, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm