Məhkəmə "Bakı Metropoliteni" QSC-nin iddiasını təmin etdi - Bu saytlar cərimələndi
Bizi izləyin

Sosial

Məhkəmə "Bakı Metropoliteni" QSC-nin iddiasını təmin etdi - Bu saytlar cərimələndi

Sabunçu rayon Məhkəməsi "Bakı Metropoliteni" QSC-nin pressinfo.az, araz.az saytları ilə bağlı iddia ərizəsinə baxıb.

Publika.az xəbər verir ki, Məhkəmə “Bakı Metropoliteni” QSC barəsində həqiqətə uyğun olmayan məlumatların yayımına görə pressinfo.az saytının baş redaktoru Əhmədova Nüşabə Bəyoğlan qızının yazılı şəkildə həmin internet saytında yerləşdirilməklə üzr istəməsi və rəhbərlik etdiyi saytda yerləşdirdiyi bütün materialları “Təkzib” başlığı altında yerləşdirməsinə qərar verib.

Bundan başqa araz.az saytının təsisçisi və baş redaktoru Mustafayev Hüseyn Əziz oğlunun da "Bakı Metropoliteni" QSC-dən yazılı şəkildə həmin internet saytında yerləşdirilməklə üzr istənilməsi və saytında yerləşdirdiyi həqiqətə uyğun olmayan yazının linkində “Təkzib” başlığı altında yerləşdirilməsinə qərar verilib.

Eyni zamanda məhkəmənin qətnaməsi ilə Şixəliyev Fikrət Sərvər oğlu, Abdullayev Nazim Mədət oğlu, Əhmədova Nüşabə Bəyoğlan qızı, Rzayev Asif Mirzə oğlu və Mustafayev Hüseyn Əziz oğlundan müştərək qaydada vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pul tutularaq "Bakı Metropoliteni" QSC-nin xeyrinə ödənilməsi qət edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm