Sosial
Rəis müavini işdən çıxarıldı
Fevralın 25-də Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) rəis müavini Elsəvər Rafiq oğlu İslamov tutduğu vəzifədən azad edilib.
"Azəriqaz" İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə, xidməti müqavilə ilə çalışmaq istəyən vətəndaşa əvvəlcədən vəd verərək aldatma və s. əməllərinə görə işdən uzaqlaşdırılıb.
Qeyd edək ki, E.İslamov Ağsu RQİİ-nin rəis müavini kimi son bir həftə ərzində Göyçay rayonu üzrə xidmət sahəsinə nəzarət işlərini həyata keçirib.
“Azəriqaz” İB bir daha bəyan edir ki, bütün struktur bölmələrdə, o cümlədən RQİİ-də məsul şəxslər vətəndaş məmnuniyyətini təmin etmək və baş verən problemlərin vaxtında aradan qaldırılması üçün səylə çalışmalıdır. Bundan başqa, xüsusən də Birliyin vəzifəli şəxsləri rəhbərlik etdikləri kollektivlərdə işgüzar mühitin səmərəliliyinin artırılmasına və qanunvericiliyin tələblərinin icrasına diqqət ayırmalıdırlar. Əks halda vəzifəsindən asılı olmayaraq, nöqsanlara yol verən istənilən şəxs barəsində qanun çərçivəsində cəza tədbirləri görüləcək.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!