Sosial
Koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq - RƏSMİ
Biz düşünürük ki, koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq.
Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, dünya üzrə səyahətlərin azalması prosesi gedir. Insanlar artıq hər hansı ölkədə deyil, regionda koronavirus olduqda həmin bölgəyə getməkdən çəkinirlər:"Bu vəziyyət Azərbaycana da təsir edəcək. Vəziyyət gündən-günə dəyişir. Artıq Gürcüstanda koronavirus aşkarlanıb. Bundan əvvəl isə Iran, Italiya və digər ölkələrdə aşkarlanıb".
K.Quluzadə qeyd edib ki, ölkələr artıq sərhədlərini də bağlayırlar. Buna görə də virusun turizmə təsirinin rəqəmlərlə demək tezdir:"Lakin bizim krisizlə bağlı ssenarilərimiz var. Biz əsasən marketinq siyasətimizdə korreksiyalar edirik. Bu ilin birinci yarısı üçün Çinlə ciddi layihələrimiz vardı. Onlar indi həyata keçirilmədiyi üçün səylərimizi digər bazarlara yönəldəcəyik. Bizim 2018-2023-cü illər üzrə konsepsiyamız ondan ibarət idi ki, bazarların coğrafiyasını genişlındirək, hər hansı bazarda problem yarandıqda digərləri ilə işləyək. Biz düşünürük ki, koronavirusun turizmə mənfi təsiri olacaq. Amma necə olacağını hadisələrin gedişatından və verilən qərarlardan görəcəyik".
K.Quluzadənin sözlərinə görə, turizm şirkətlərinə koronavirus yayılan ölkələrə gedənlərə, həm də ordan gələnləri təlimatlandırmaq tapşırılıb.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO