Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq
Bizi izləyin

Sosial

Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq

Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq.

Bu barədə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda qeyd olunub.

Çağrı Mərkəzinin yaradılması ilə bağlı tədbirlərin görülməsi Nazirlər Kabineti, “Azərişıq”, “Azərsu”, “Azəriqaz”, ASAN Xidmət, Energetika, Maliyyə Nazirliklərinə həvalə olunub. Tədbirlər 2020–2022-ci illərdə həyata keçiriləcək.

Həmçinin bu il qanunvericilikdə təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlərin, eləcə də qüvvədə olan digər texniki norma və tələblərin müasir standartlara uyğunlaşdırılması, müvafiq infrastrukturun yenidən qurulmasına görə ödənişlərin hesablanması və müvafiq işlərin görülməsinin ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm