Onunla ünsiyyətdə olan hər kəs karantinə alınıb - RƏSMİ
Bizi izləyin

Sosial

Onunla ünsiyyətdə olan hər kəs karantinə alınıb - RƏSMİ

"Sərhəddə tibbi yoxlanış işləri davam etdirilir. İki mərhələli yoxlama işləri aparılır".

Publika.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı mətbuat konfransında deyib.

O bildirib ki, birinci yoxlanış mərhələsində şübhə aşkarlandıqda, xəstə ikinci mərhələdə yoxlanışa göndərilir: "İkinci mərhələdə də şübhə yarandıqda, karantinə alınır. İşçi qrupuna xüsusi qoruyucu vasitələr paylanılıb. Üç karantin xəstəxanamız var. Bunlar Qobustanda, Astara və Cəlilabadda yerləşir".

Yeganə Qarayeva Azərbaycanda koronavirusa yoluxan ilk xəstə barədə bunları deyib: "Xəstə sərhəddi keçdikdən sonra ciddi rejimdə nəzarətə alınıb. Tibbi işçi qrupu xəstə ilə ünsiyyətdə olan hər kəsi aşkarlayıb, onlar karantinə alınıb".

***

Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir.

Publika.az xəbər verir ki, qərargah koronavirusla bağlı jurnalistlərin suallarını cavablayır.

Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm